Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə 
cinayətlərinin vəziyyətinə və səviyyəsinə ümumi 
səciyyəli amillərlə yanaşı, ictimai münasibətlərin 
baxılan sahəsi üçün səciyyəvi olan xüsusi amillər 
də təsir göstərir. Belə amillərə aşağıdakılar daxildir:
) hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə ilə bağlı 
kriminogen şəraitlə bağlı vəziyyət;
b) hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə ilə bağlı 
cinayət-hüquqi normaların keyfiyyəti, onların 
vətəndaşların davranışına təsir etmə qabiliyyəti;
c) cinayət-hüquqi qadağaların məzmunu barədə vətəndaşların məlumatlı olması [17, s.12], 
cinayət qanunvericiliyinin baxılan normalarının 
təbliğinin səviyyəsi və keyfiyyəti;
ç) hakimiyyət nümayəndələrinin peşəkar 
fəaliyyətinin keyfiyyəti: onun qanunilik və peşəkar mədəniyyət səviyyəsi, belə fəaliyyətin əhalinin nəzərində qiymətləndirilməsi;