Bakı Dövlət Universitetinin Cinayət hüququ, cinayət prosesi, kriminalistika
və məhkəmə ekspertizası kafedrasının II kurs magistrantı
E-mail: [email protected]
UOT 343.81
PROBASİYA İNSTİTUTU: ANLAYIŞI, XÜSUSİYYƏTLƏRİ, NÖVLƏRİ VƏ
FUNKSİYALARI
Müasir dövrdə cinayət-hüquqi siyasətin əsas istiqamətlərindən biri cəzaların tətbiqində humanist yanaşmanın gücləndirilməsi və məhkumun cəmiyyətdən təcrid edilmədən islah olunmasına yönəlmiş mexanizmlərin genişləndirilməsidir. Bir çox ölkələrin hüquq sistemində azadlıqdan məhrumetmə cəzasının tətbiqinin məhdudlaşdırılması, onun əvəzinə alternativ cəzaların və nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi mühüm istiqamətlərdən biri kimi çıxış edir. Bu yanaşma, ilk növbədə, məhkumun sosial əlaqələrinin qorunmasına, onun cəmiyyətə yenidən inteqrasiyasına və təkrar cinayətlərin qarşısının alınmasına xidmət edir.