Gömrük prosedurlarının sadələşdirilməsi 
və harmonizasiyası istiqamətində Azərbaycan Respublikasının (bundan sonra – AR) 
beynəlxalq hüququn (bundan sonra – BH) norma və prinsiplərinə söykənərək istər universal, 
istərsə də regional əsasda fəaliyyət göstərən 
beynəlxalq təşkilatlarla, o cümlədən dövlətlərlə 
əməkdaşlıq etməsi və bu aspektdə formalaş-
mış təcrübədən yararlanması ölkənin gömrük 
siyasətinin əsas prioritetlərindən biri hesab olunmalıdır. Gömrük siyasəti – gömrük ərazisində 
gömrük nəzarəti və mal dövriyyəsinin səmərəli 
tənzimlənməsi, daxili bazarın kənar təsirlərdən 
qorunması, milli təsərrüfat sisteminin stimullaşdırılması, dövlətin iqtisadi siyasətindən irəli 
gələn vəzifələrin həyata keçirilməsi, habelə 
gömrük işinin beynəlxalq normalara uyğun aparılmasıdır [6, s. 21].