İsmayılzadə Mənsurə Ənvər qızı-GÖMRÜK PROSEDURLARININ SADƏLƏŞDİRİLMƏSİ ÜZRƏ BEYNƏLXALQ HÜQUQ NORMALARI VƏ AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK QANUNVERİCİLİYİ (MÜQAYİSƏLİ TƏHLİL)

Azərbaycan Respublikası (bundan sonra –AR) özünün dövlət suverenliyini

yenidən əldə edib beynəlxalq hüququn müstəqil
subyektinə çevrildikdən sonra qarşısında qoyduğu ən mühüm prioritetlərindən biri də dünya təsərrüfat sisteminə inteqrasiya etmək olmuşdur. Uzun illər boyu təcrid olunmuş və
hüquqi tənzimlənmənin ciddi inzibati-amirlik
üsul-idarəsinə əsaslanan sistemində fəaliyyət
göstərmiş bir respublikanın tez bir zamanda
beynəlxalq iqtisadi sistemə adaptasiya olunması
sözlə ifadə olunacaq dərəcədə asan bir məsələ
deyildi.