XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycan tarixində milli intibah və maarifçilik hərəkatının geniş vüsət aldığı dövrdür. Bu
mərhələdə meydana çıxan maarifçi ziyalılar
təkcə elmi biliklərin və təhsilin yayılması ilə
kifayətlənməmiş, eyni zamanda cəmiyyətin
hüquqi-siyasi inkişafı üçün ciddi ideyalar irəli
sürmüşlər. Onlar cəmiyyətin tərəqqisinin əsas
şərti kimi hüquqi şüurun formalaşdırılmasını,
qanunun aliliyinə əsaslanan idarəetmənin qurulmasını və vətəndaşların azadlıq və bərabərlik hüquqlarının təmin olunmasını ön plana çəkmişlər.
Avropa və Osmanlı modernizmi ilə tanış olan bu
ziyalılar Azərbaycan cəmiyyətini müasir hüquqi
və siyasi düşüncəyə yaxınlaşdırmaq məqsədilə
müxtəlif qəzetlərdə çıxışlar etmiş, məktəblər açmış, sosial islahatlara çağırış etmişlər.