Milli Aviasiya Akademiyasının magistrantı
E-mail: [email protected]
UOT 342.25:352
YERLİ ÖZÜNÜİDARƏETMƏNİN DÖVLƏT İDARƏETMƏ
SİSTEMİNDƏ YERİ
Yerli özünüidarəetmə müasir demokratik cəmiyyətin əsas institutlarından biri olub, əhalinin yaşadığı ərazi üzrə yerli məsələlərin bilavasitə və ya seçkili orqanlar vasitəsilə idarə olunmasını təmin edir. Bu institut yalnız idarəetmə mexanizmi deyil, həm də demokratik cəmiyyətin formalaşmasının mühüm göstəricisidir. Bu sistem müxtəlif ölkələrdə siyasi rejimə, dövlət quruluşuna, inzibati-ərazi bölgüsünə və milli ənənələrə uyğun şəkildə formalaşmışdır. Yerli özünüidarəetmə vətəndaşların yerli əhəmiyyətli məsələlərdə iştirakını təmin etməklə demokratiyanın inkişafında mühüm rol oynayır, idarəetmənin səmərəliliyini artırır. Bu baxımdan, yerli özünüidarəetmə həm dövlət idarəetmə sisteminin ayrılmaz hissəsi, həm də cəmiyyətin sosialiqtisadi inkişafında mühüm amil kimi çıxış edir [1].