Hərfi tərcümə mənasında apellyasiya (latın dilində – apellatio) müraciət etmək, 
şikayət etmək anlamını verir [2, s. 219]. 14 iyul 
2000-ci il tarixdə qəbul edilmiş, 01 sentyabr 2000-
ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində 
(bundan sonra məqalənin mətnində – CPM)
apellyasiya icraatı kateqoriyasına leqal tərif verilməsə də, CPM-in 7.0.11-ci maddəsində apellyasiya instansiyası məhkəməsi kateqoriyasına 
normativ anlayış verilmişdir. Bu anlamda, bəlkə 
də, apellyasiya icraatına qüvvədə olan CPM-in 
anlayış aparatı kontekstində apellyasiya icraatı 
– apellyasiya instansiyası məhkəməsi tərəfindən 
həyata keçirilən icraatdır kimi bir tərif vermək 
olardı, lakin bizim bunu etməməmiz üçün azı iki 
əsas səbəb mövcuddur.