Əmək qanunvericiliyində işçilərin, əmək
müqaviləsi bağlanarkən müəyyən təminatları nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin ikinci hissəsinə görə, hər
kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst
surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət
və iş yeri seçmək hüququ vardır və bu hüquq
beynəlxalq hüququn prinsip və normalarına və
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə əsaslanır. Həmin hüquq əmək hüququnun prinsip və normalarında təcəssüm olunur və
yalnız işçinin deyil, işəgötürənin də müstəqilliyini
nəzərdə tutan “əmək müqaviləsini sərbəst şəkildə
bağlamaq hüququ” ilə tamamlanır.