Mahmudov Emin Vidadi oğlu - İŞÇİLƏRİN ƏMƏK HÜQUQLARININ ONLARIN NÜMAYƏNDƏLƏRİ TƏRƏFİNDƏN MÜDAFİƏSİNİ TƏMİN EDƏN HÜQUQİ TƏMİNATLAR

Azərbaycan Respublikası Konstitusiyasının
58-ci maddəsinə görə, hər kəsin başqaları ilə birləşmək, istənilən birlik, o cümlədən həmkarlar ittifaqları yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququ vardır [1, s. 19]. AR Konstitusiyasının 26-cı maddəsinin birinci hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüquq vardır [1, s. 11]. Qeyd olunan konstitusion müddəalar Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra qısaca olaraq – AR ƏM) XLVII fəslində və Məcəllənin digər maddələrində, həmçinin “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli Qanununda inkişaf etdirilmişdir.