Son zamanlar dünya birliyi həm texniki, həm də mədəni baxımdan mütərəqqi
inkişafla səciyyələnir ki, bu da öz növbəsində
beynəlxalq əlaqələrin sürətli inkişafına səbəb olmuşdur. Xüsusilə, hüquqi tənzimləmə tələb edən
beynəlxalq qarşılıqlı fəaliyyətin yeni sahələri yaranmışdır. Beynəlxalq münasibətlərin belə inkişaf
tempinin, eləcə də beynəlxalq aləmdə gedən qloballaşma proseslərinin nəticəsi olaraq beynəlxalq
hüquq daha da inkişaf edir. Bu, beynəlxalq hüququn yeni sahələrinin yaranmasına, əvvəllər
beynəlxalq səviyyədə tənzimlənməyən sahələrin
tənzimlənməsinə gətirib çıxarır. Beynəlxalq hüququn belə sahələrindən biri də beynəlxalq gömrük hüququdur.
Beynəlxalq hüquq elmində beynəlxalq gömrük hüququnun yerinin müəyyən edilməsi diskussiya xarakteri daşıyır. Bəzi alimlərin fikrincə,
beynəlxalq gömrük hüququ beynəlxalq hüququn
bir sahəsidir.