Mahmudov Orxan Kamran oğlu-ÜMUMDÜNYA GÖMRÜK TƏŞKİLATININ BEYNƏLXALQ HÜQUQİ STATUSU

lobal məkanda beynəlxalq münasibətlərin, o cümlədən beynəlxalq gömrük münasibətlərinin formalaşmasında mühüm

rol oynayan beynəlxalq təşkilatların fəaliyyətinin hüquqi əsasını üzv-dövlətlər arasında
bağlanmış çoxtərəfli müqavilələr təşkil edir.
Məhz bu müqavilə ilə dövlətlər özlərinin iradələrini beynəlxalq müqavilə formasında müəyyən edirlər. Hüquqi təbiətinə görə təsis aktı
rolunu oynayan nizamnamə beynəlxalq müqavilənin xüsusi növü hesab edilir. Müvafiq beynəlxalq müqavilənin mühüm xüsusiyyəti ondan
ibarətdir ki, bu müqavilə nəinki tərəflər üçün
hüquq və vəzifələr yaradır, eyni zamanda beynəlxalq təşkilatların yaradılmasını təmin edir.
Beynəlxalq institusional mexanizmlər kimi
beynəlxalq təşkilatların beynəlxalq-hüquqi tənzimetmə sistemində yeri onunla müəyyən edilir
ki, bu qurumlar beynəlxalq münasibətlərə təsir
etmək mexanizminə malikdirlər.