Mansurov Elnur Xaliq oğlu

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının

fəlsəfə doktoru proqramı üzrə doktorantı

E-mail: [email protected]

UOT 347.4

ŞƏXSİ TƏMİNAT ÜSULLARI KİMİ ZAMİNLİK VƏ QARANTİYANIN

BƏZİ CƏHƏTLƏRİ HAQQINDA

Mülki dövriyyədə müqavilə bağlamaq nə qədər təbiidirsə, həmin müqavilədən və ya digər əsaslardan yaranan öhdəliklərin icra edilməməsi riski də bir o qədər realdır. Məhz bu risklərin mövcudluğu şəraitində kreditorun maraqlarının müdafiə edilməsi məqsədilə mülki qanunvericilik öhdəliklərin icrasının təmin edilməsi üsullarını müəyyənləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – AR MM) 460-cı maddəsində sadalanan bu təminat üsulları arasında ikisi – zaminlik və qarantiya mülki hüquq doktrinasında şəxsi təminat müqavilələri kimi qiymətləndirilir. Şəxsi təminat müqavilələrinin əsas mahiyyəti ondan ibarətdir ki, borclunun öhdəliyinə hər hansı bir əmlakla deyil, birbaşa üçüncü şəxs tərəfindən təminat verilir [8, s. 27; 9, s. 779].

Yüklə