Mülkiyyət hüququ vətəndaşların əsas 
konstitusion hüquqlarından biri olmaqla, dövlət tərəfindən müdafiə olunur. Lakin 
müəyyən hallarda bu hüququn həyata keçirilməsinə bəzi məhdudiyyətlər tətbiq oluna bilər. Hesab edirik ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasından danışmazdan əvvəl konstitusion 
hüquq kimi mülkiyyət hüququnun anlayışını və 
bu hüququn nəyi ifadə etdiyinə nəzər yetirmək 
məqsədəuyğundur. 
Azərbaycan Respublikasının 1995-ci il noyabr ayının 12-də qəbul edilmiş Konstitusiyasının 29-cu maddəsi mülkiyyət hüququna həsr 
edilmişdir. Konstitusion hüquq kimi mülkiyyət 
hüququnun anlayışı Konstitusiyanın 29-cu maddəsinin III hissəsində qeyd edilir. Belə ki, mülkiyyət hüququ – mülkiyyətçinin təkbaşına və ya 
başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir [1]