Mülki hüquqda qonşuluq münasibətlərinin hüquqi tənzimlənməsi olduqca
aktual və əhəmiyyət kəsb edən məsələlərdəndir.
Bəzi hallarda qonşu torpaq sahələri elə formada
yerləşir ki, bu zaman müvafiq sahəyə (ictimai
yola, zəruri sahəyə və s.) çıxış imkanı yalnız bir
mülkiyyətçinin ərazisindən keçməklə mümkün
olur. Odur ki, bu halda digər qonşunun hüquqlarını qorumaq üçün Azərbaycan Respublikası-
nın mülki qanunvericiliyi özgə sahibliyində olan
sahədən zəruri yol və keçid hüququnu nəzərdə
tutur ki, bu hüquq servitut olaraq qəbul edilir.
Ümumiyyətlə, servitut məhdud əşya hüquqlarının bir növüdür. Belə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi məhdud əşya
hüquqlarının konkret dairəsini müəyyən edir.