Milli Aviasiya Akademiyasının “Hüquq” kafedrasının müəllimi,
hüquq elmləri üzrə fəlsəfə doktoru
Ünvan: Bakı şəhəri, Mərdəkan prospekti 30, AZ10145
E-poçt: [email protected]
https://orcid.org/my-orcid?orcid=0000-0002-1586-1140
UOT 342; 34.06; 34.07
SÜNİ İNTELLEKT TEXNOLOGIYALARININ KONSTİTUSION HÜQUQLARA TƏSİRİ: BEYNƏLXALQ HÜQUQİ STANDARTLAR ƏSASINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNVERICİLİYİ KONTEKSTİNDƏ MÜQAYİSƏLİ HÜQUQİ TƏHLİL
Xüsusilə XXI əsrin ikinci onilliyində süni intellekt (bundan sonra – Sİ), alqoritm sistemləri, rəqəmsal inkişaf gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Sİ sadəcə texnoloji innovasiya yox, habelə dövlət idarəetməsi, məhkəmə hakimiyyətinin fəaliyyəti, eləcə də, təhsil, maliyyə, səhiyyə və bir çox ictimai münasibətlərin hər bir istiqamətinə sirayət edə bilən multifunksional fenomenə çevrilmişdir. [14, s. 1-31]