BDU-nun Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33
E-mail: [email protected]
UOT 341.231.14
İNSAN HÜQUQLARININ İNKİŞAFI PROSESİNDƏ
İMPLEMENTASİYA KONSEPSİYASI
Bu hüquqların mahiyyətini və onların cəmiyyətdə yerini müəyyənləşdirmək üçün onlara mütləq konkret tarixi baxımdan yanaşmaq lazımdır. Müasir dövrümüzə qədər gəlib çatan insan hüquqları uzun tarixi inkişaf yolu keçmişdir. İnsan hüquqlarının inkişafının həlledici mərhələləri XVII–XVIII əsr burjua-demokratik inqilabları dövrünə təsadüf etsə də, onların inkişaf tarixinin kökləri daha qədim dövrlərə qədər uzanır. Hesab olunur ki, insanın bir fərd kimi cəmiyyət və dövlət tərəfindən pozula bilməyən hüquqlara və azadlıqlara malik olması ideyası insan cəmiyyətinin yaranması ilə eyni zamanda meydana çıxmışdır.