Mehdiyeva Fatimə Azad qızı

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin doktorantı

E-mail: [email protected]

https://orcid.org/ 0009-0006-2291-7882

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 24

UOT 343.8

YETKİNLİK YAŞINA ÇATMAYANLARA CƏZALARIN TƏYİN VƏ İCRA OLUNMASINDA MEDİASİYA

İNSTİTUTUNUN ROLU: PRESPEKTİVLƏR VƏ XARİCİ ÖLKƏLƏRİN TƏCRÜBƏSİ

Məhkəmələrdə mübahisələrin kəskin artması bəzi ölkələrdə bu sistemin təşkilinə yanaşmanı və yenidən kökündən nəzərdən keçirilməsinə məcbur edib. Modernləşmə təkcə bilavasitə prosesləri deyil, həm də iş dinləmələrinin məntiqini dəyişdirib. Son illər ərzində ölkəmizdə qanunvericiliyin müxtəlif sahələrində köklü dəyişikliklər baş vermişdir. Belə ki, dünyada artıq uzun illərdir mövcud olan mediasiya institutu təcrübəsi milli qanunvericilikdə də öz əksini tapmış və bu islahatlar nəticəsində 29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında” Qanun qəbul edilmişdir. Sözügedən Qanunun əsasən məqsədi mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləmək və bəzi məsələləri məhkəməyədək həll olunması istiqamətində işlərin aparılmasıdır.


Yüklə