Övladlığa götürmə valideyn himayəsindən 
məhrum olmuş uşaqların yerləşdirilməsi 
forması kimi bütün dünya ölkələrində ən prioritet əhəmiyyətli institutlardan biri hesab olunur. 
Bu kontekstdə dövlətdaxili övladlığa götürmə ilə 
yanaşı ölkələrarası övladlığa götürmə institutu 
da xüsusi önəm kəsb edir. 
Ölkələrarası övladlığa götürmə institutu, mahiyyət etibarilə, müasir cəmiyyətin inkişaf səviyyəsi barədə aydın təsəvvür formalaşdıran bariz 
sosial göstəricilərdən biri kimi xarakterizə oluna 
bilər. 
Dünyada istənilən dövlətin əsasını, şübhəsiz 
ki, ailə təşkil edir.