İ
nzibati müqavilə institutu bir çox inkişaf 
etmiş və inkişaf etməkdə olan ölkələrdə 
tətbiq edilməkdədir. Azərbaycan Respublikasında isə bu sahə kifayət qədər araşdırılmamışdır. 
Buna müvafiq olaraq, Azərbaycan Respublikasında inzibati müqavilələrin tətbiqi ilə bağlı 
formalaşmış təcrübə mövcud deyildir. Belə ki, 
inzibati müqavilə anlayışı tam formada işlənilməməklə bərabər, bu anlayış qanunvericilikdə 
də müəyyən edilməmişdir. Lakin inzibati müqavilələrin mahiyyəti dövlət orqanları ilə özəl 
hüquqi şəxslər arasında ictimai xidmətlər, yəni 
dövlət xidmətlərinin göstərilməsi sahəsində 
əməkdaşlığın qurulması olduğundan, onu dövlət-
özəl tərəfdaşlığı müqaviləsi də adlandırmaq olar 
ki, bununla bağlı 09 dekabr 2022-ci ildə “Dövlət-
özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və qüvvəyə 
minmişdir. Məqalədə araşdırılmışdır: