Məhərrəmov Amil Kamil oğlu

Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının “Konstitusiya hüququ,

bələdiyyə hüququ” ixtisası üzrə doktorantı

E-mail: [email protected]

UOT 342

FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRİN KONSTİTUSİON HÜQUQLARINDAN

OLAN BƏRABƏRLİK HÜQUQUNUN İNZİBATİ İCRAAT ZAMANI TƏMİN

EDİLMƏSİ

Müasir dövrdə hüquqi dövlətin vacib atributlarından biri də insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının ən geniş hissəsini məhz “İnsan və vətəndaş hüquq və azadlıqları” adlanan 3-cü fəsil təşkil edir. Həmin fəsildə ümumi göstərişlər nəzərdə tutulsa da, ayrı-ayrı qanunvericilik aktlarında həmin hüquqlar daha ətraflı və geniş kontekstdə əks etdirilmişdir.

Yüklə