Mehrəliyeva Humay Cahid qızı

Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının doktorantı

E-mail: [email protected]

UOT 343.212

TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏRİN TƏTBİQİ

ƏSASLARININ CİNAYƏT-HÜQUQİ XÜSUSİYYƏTLƏRİ

Müasir cinayət hüququ yalnız cinayət törətmiş şəxslərin cəzalandırılmasına deyil, həm də cinayət əməllərinin qarşısının alınmasına, habelə ümumilikdə insan hüquqlarının müdafiəsinə və ictimai təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Bu baxımdan, psixi pozuntulardan əziyyət çəkən şəxslərin törətdikləri ictimai təhlükəli əməllərə münasibətdə hüquqi tənzimləmə xüsusi əhəmiyyət kəsb edir. Odur ki, belə şəxslərin davranışlarının qiymətləndirilməsi zamanı onların psixi vəziyyəti nəzərə alınmalı, cəza tədbirləri ilə yanaşı müalicə yönümlü hüquqi mexanizmlər də tətbiq edilməlidir. Bu səbəbdən tibbi xarakterli məcburi tədbirlərin hüquqi mahiyyətinin və onların tətbiq xüsusiyyətlərinin araşdırılması aktual elmi və praktik əhəmiyyət daşıyır.

Yüklə