Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi ilk dövrlərdən 
vətəndaş cəmiyyətinin və ictimai münasibətlərin 
bərqərar edilməsini, hüquqi və demokratik dövlət 
quruculuğunu öz inkişafının başlıca istiqamətləri 
kimi müəyyən etmişdir. 1993-cü ildə xalqımızın 
dahi oğlu Ulu Öndər Heydər Əliyevin siyasi 
hakimiyyətə qayıdışı ilə reallaşmağa başlayan 
bu vəzifələr 1995-ci il noyabrın 12-də müstəqil 
Azərbaycanın ilk Konstitusiyasının qəbulundan 
sonra böyük vüsətlə həyata keçirilmişdir. Məqalədə təqdim edilən mövzunun aktuallığı, ilk 
növbədə, Azərbaycan Respublikasının parlamentinin – Milli Məclisin vasitəsilə ictimai 
münasibətlərin hüquqi tənziminin, tədqiqinin, 
praktiki əhəmiyyətinin əsaslandırılması ilə əlaqəlidir. Milli Məclisin fəaliyyəti respublikamızda parlamentarizmin yaranması və formalaşdı-
rılması, demokratiyanın gələcək taleyi və inkişaf 
forması ilə bilavasitə əlaqədardır. Vətəndaşların 
parlamentdə onların maraqlarını təmsil edən 
Milli Məclis üzvlərinə münasibəti bir çox hallarda parlamentin dövlət hakimiyyəti orqanları 
sistemində yerini və parlamentarizmin inkişaf 
perspektivlərini müəyyən edir.