Məmmədli İlqar Elbrus oğlu-KONSTİTUSİYA NƏZARƏTİNİN ANLAYIŞI VƏ İNKİŞAFI: AMERİKA VƏ AVROPA MODELİ

Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının milli hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdən biri də Konstitusiya ilə yaradılan dövlət hakimiyyət və idarəçilik sisteminin sabitliyinin və davamlılı-

ğının, Əsas Qanunun ehtiva etdiyi dəyərlərin müdafiəsinin və dövlətin hüquqa bağlılığının təmin
edilməsinin mühüm vasitələrindən biri kimi
Konstitusiya Məhkəməsinin yaradılması olmuşdur. Məqalədə təqdim edilən mövzunun aktuallığı, ilk növbədə, konstitusiya nəzarəti ideyasının tarixi və inkişafı, onun təməlində duran əsas, dövlətin bütün ərazisində ictimai münasibətlərin bütün subyektlərinin fəaliyyətində Konstitusiyanın aliliyinin müdafiəsi və birbaşa qüvvəsinin təmin edilməsi, yəni konstitusiyaya uyğunluğun
hüquqi vəziyyəti, bütün bunlara görə konstitusiya ədalət mühakiməsi hakimiyyət sisteminin
demokratikləşdirilməsinin, insan hüquqlarının
müdafiəsinin və hüququn aliliyinin təmin edilməsinin əvəzedilməz mexanizmlərindən biri kimi qəbul edilməsindən ibarətdir.