İ
nzibati məhkəmə icraatında öhdəliyin icrası haqqında iddiaların anlayışı və xüsusiyyətləri barəsində tədqiqatın aparılması inzibati mübahisələrin həllinə dair tövsiyə və təkliflərin verilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İnzibati məhkəmə icraatı öz mahiyyətinə görə inzibati orqan və fiziki və ya
hüquqi şəxslər arasında yaranan mübahisələrin
qanun çərçivəsində ədalətli həllinə xidmət edir.
Bu kontekstdə, öhdəliyin icrası ilə bağlı iddialar vətəndaşların hüquqlarının qorunmasını təmin edən mexanizmlərdən biri kimi çıxış edir.
Vətəndaşlar inzibati orqanlar tərəfindən onun üçün əlverişli olan inzibati fəaliyyətin həyata keçirilməməsi halında öhdəliyin icrası haqqında iddia ilə inzibati məhkəməyə müraciət edə
bilər. Bu halda fiziki və ya hüquqi şəxslər inzibati orqandan müəyyən fəaliyyətin həyata
keçirilməsini və ya konkret bir hərəkətin icra edilməsini tələb edirlər. Məhz bu tələbin inzibati məhkəmə icraatı vasitəsilə yerinə yetirilməsi hüquq sisteminin mühüm elementi olaraq qəbul edilir. Öhdəliyin icrası haqqında iddialar digər
iddia növlərindən fərqli xüsusiyyətlərə malikdir.