Tibb işçisinin hüquqi məsuliyyəti geniş 
anlayışdır. Bura cinayət, mülki-hüquqi, 
maddi və intizam məsuliyyəti daxildir. Tibb işçisinin cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsində göstərilən əməlləri 
törətməyə görə yaranır. Cinayət qanunu təqsirin 
iki formasını müəyyən etmişdir: cinayətin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi. Birbaşa 
və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət 
və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət 
sayılır. Cinayətkarcasına özünəgüvənmə və ya 
cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl isə (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır.