Məmmədov Fərid Arif oğlu

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının baş metodisti

Ünvan: AZ 1000, Bakı şəhəri, Vidadi küçəsi, 158

E-mail: [email protected]

UOT 342.565.2

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA MƏHKƏMƏSİNİN

MƏHKƏMƏ NƏZARƏTİ HAQQINDA HÜQUQİ MÖVQELƏRİ

Azərbaycan Respublikasında müstəqillikdən sonra məhkəmə hakimiyyətinin formalaşması tarixində ən əlamətdar hadisə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) yeni və ilk milli Konstitusiyanın qəbul edilməsi olmuşdur. Belə ki, yeni Konstitusiyanın VII fəsli tamamilə Məhkəmə hakimiyyətinə həsr edilmiş, onun bir sıra digər maddələrində məhkəmə hakimiyyəti üçün prinsipial əhəmiyyət kəsb edən müddəalar yer almışdır. Məhkəmə nəzarəti institutunun təməli də məhz yeni Konstitusiyada qoyulmuşdur. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin II hissəsi, 33-cü maddəsinin II hissəsi, 60-cı maddəsinin IV hissəsi, 71-ci maddəsinin I və VII hissələri və s. bu kimi müddəalar cinayət mühakimə icraatında məhkəmə nəzarəti institutunun konstitusionhüquqi əsaslarını təşkil edir [1].

Yüklə