Məmmədov Oruc Cəmil oğlu-AZƏRBAYCANDA DÖVLƏT QULLUĞUNA QƏBUL HÜQUQUNUN BEYNƏLXALQ VƏ MİLLİ HÜQUQİ XÜSUSİYYƏTLƏRİ

Mövzunun aktuallığı. Müasir Azərbaycan Respublikasında dövlət qulluğu

hüquq elminin təhlili zəruri olan bir sıra aktual problemləri mövcuddur. Bu problemlərdən
biri də dövlət qulluğuna bərabər buraxılış və ya
dövlət qulluğuna qəbul edilmək hüququna dair
məsələnin elmi təhlilindən ibarətdir. Dövlət qulluğuna qəbul edilmək hüququ dövlət qulluğu
hüquq münasibətləri sistemində mühüm yer tutur. Buna görə də dövlət qulluğuna qəbul edilmək hüququnun beynəlxalq və milli hüquqi xüsusiyyətlərinin müəyyən edilməsi bir sıra zəruri
cəhətləri ilə xarakterizə edilir.
Azərbaycan Respublikasında uğurla həyata
keçirilən islahatlar sistemində dövlət qulluğuna qəbul hüququnun normativ bazası mütəmadi
olaraq təkmilləşdirilir.