Məmmədov Zaur Əlirza oğlu-MONQOLLARIN CƏNUBİ QAFQAZA İLK YÜRÜŞÜ ƏRƏFƏSİNDƏ AZƏRBAYCANDA HÜQUQ SİSTEMİ

Azərbaycanın ərazisində ilk böyük quldarlıq dövləti Manna olmuşdur. S.M.Qaşqay

tarixi materiallara əsaslanaraq hesab edir ki,
Manna dövlətinin başında irsi hakimiyyətə malik
hökmdar dururdu. Dövlətin ərazisi hökmdarların
təyin etdiyi canişinlər tərəfindən idarə olunan
əyalətlərə bölünürdü [5, s. 60]. Manna dövlətində qanun layihələrinin hazırlanması kahinlər
tərəfindən həyata keçirilirdi. Fikrimizcə, M.F.
Məlikova və X.C. İsmayılov düzgün olaraq göstərirlər ki, qədim Misirdəki şah Bakxorisin qanunları, qədim Babilistandakı Hammurapi qanunları, qədim Hindistandakı Manu qanunları,
qədim Romadakı XII cədvəl qanunları kimi hüquq abidələrinin qədim Azərbaycanda olmaması
dövlət idarəçiliyi və hüquqla bağlı məsələlərin
tam mənzərəsini əks etdirməyə imkan vermir [6,
s. 33].