İ
qtisadiyyatın dövlət-hüquqi tənzimlənməsinin məqsədi iqtisadi inkişafın təmin edilməsi və cəmiyyətin sabitliyinin qorunması üçün
ən əlverişli şərait yaratmaqdır. Bəzi alimlər bu
məqsədi ümumi milli məhsulun artım templərinin zəruri təmin edilməsi, işsizliyin azaldılması,
qiymətlərin sabitləşdirilməsi və əlverişli xarici
iqtisadi siyasətin davam etdirilməsi kimi vəzifələrlə tamamlayırlar. Hər bir iqtisadi sistemin
normal fəaliyyətinin təmin edilməsində dövlət
həlledici rol oynayır. Bu baxımdan dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinin, dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və hüdudlarının müəyyən edilməsi, gözlənilməsi müasir dövrdə iqtisadiyyatın dövlət tənzimlənməsinin
təkmilləşdirilməsinin başlıca problemi hesab
olunur