İ
ctimai münasibətlərin sürətli inkişafı hüquq münasibətlərinin təbiətcə dəyişməsinə səbəb olduğu kimi, hüquqi anlayışların da dəyişiminə səbəb olur. Sosial turizm artıq geniş hüquqi yanaşmada anlaşılan turizm etmək kontekstində iqtisadi, sosial və ya fiziki, habelə digər istənilən maneələrlə üzləşən cəmiyyətin
üzvlərinin səyahət və tətillərdə iştirakını təmin
edən təşəbbüsləri özündə cəmləşdirir. Ədəbiyyatda qeyd olunur ki, sosial turizm əsas həssas kateqoriyaların səyahət həyata keçirmək imkanlarını özündə müəyyən etməklə bir sıra amillər baxımından cəmiyyətdə xüsusi əhəmiyyəti ilə seçilir. Bu amillər sırasında ən
önəmlisi olaraq əhalinin həm fiziki sağlamlığının müsbət istiqamətdə təsiri göstərilir. Bununla yanaşı, həm də cəmiyyətin əqli (mental) sağlamlığına da böyük həcmdə müsbət təsiri də xüsusi vurğulanır [3]. Verilmiş fikirlə tam razılaşaraq qeyd edə bilərik ki, əhalinin həssas kateqoriyası olan xüsusi qrupların turizmə əlçatanlıq vasitəsi olan sosial turizm bir çox hallarda cəmiyyətdə sağlam mühitin formalaşdırılması istiqamətində də olduqca xüsusi əhəmiyyətə malikdir.Hüquq ədəbiyyatında qeyd olunur ki, klassik
şəkildə qəbul olunmuş təriflər sosial turizmin
bir sıra xüsusiyyətlərə gösə həssas hesab edilən
insan qruplara məxsus olmasını təsdiq edir. Bu
amillər arasında ən geniş paya malik olanı kimi
isə iqtisadi amillər qəbul edilir [9, s. 1]. Verilmiş
və klassik şəkildə qəbul edilmiş anlayışları təhlil
etdikdə görərik ki, sosial turizmə dair vahid anlayış verilməsinə nəzəriyyədə və hüquqi bazada
rast gəlinmədiyindən, habelə bununla bağlı vahid yanaşma da sərgilənmədiyindən olunanlar
sosial turizmlə əlaqədar meydana çıxan hüquq
münasibətlərinin tənzimlənməsində müəyyən
çətinliklər yaradır. Göründüyü kimi, sosial turizm əhalinin əhəmiyyətli həcmdə böyük bir
kateqoriyasının hüquqları və qanuni maraqları ilə əlaqəlidir. Məhz buna görə də bu sahədə
normativ hüquqi bazanın formalaşdırılması və
mükəmməl hüquqi tənzimetmənin həyata keçirilməsi ictimai münasibətlərə əsaslı təsir göstərir.