Məmmədova Vəfa Yaqubəli qızı-SÜNİ İNTELLEKT TEXNOLOGİYALARININ TƏTBİQİ VƏ İNSAN HÜQUQLARI

Texnologiyada, xüsusən də süni intellekt (Sİ, ing. artificial intelligence - Aİ)

sahəsində müasir irəliləyişlər dünyamızı əsaslı
şəkildə dəyişir. Bu yeniliklər nəinki yeni imkanlar və üstünlüklər yaradır, həm də insan
hüquqlarına ciddi problemlər və yeni çağırışlar
yaradır. Süni intellektin sürətli inkişafı məxfilik,
təhlükəsizlik və nəzarət məsələlərini ön plana
çıxararaq, onları müasir cəmiyyətdə getdikcə aktuallaşdırıb.
Rəqəmsal texnologiyaların istifadəsi böyük
həcmli məlumatların işlənməsini nəzərdə tutur.
Bu da öz növbəsində dezinformasiya və etik
problemlərin yayılması baxımından narahatlıq
doğurur. Süni intellekt imkanlarının potensial
zərərli məqsədlərlə istifadəsi səbəbindən insan
hüquqlarının pozulması təhlükəsi də mövcuddur.