Fiziki və hüquqi şəxslərin pozulmuş və 
ya mübahisəli hüquqlarının və qanunla 
qorunan mənafelərinin müdafiəsi təkcə maraqlı 
şəxsin pozulmuş və ya mübahisəli hüququnun və 
ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün 
məhkəməyə müraciət etmək imkanını nəzərdə 
tutmur; həm də qanuni qüvvəyə minmiş məhkəmə 
qərarının icrasın əhatə edir. Əks halda iddiaçının 
öz hüquqlarını qorumaq üçün müraciət etdiyi 
mülki işlər üzrə ədalət mühakiməsinin mahiyyəti 
təhrif edilir, hüquq, azadlıq və qanunla qorunan 
mənafelərin müdafiəsi məqsədinə nail olunmur. 
Ədalətin və tam məhkəmə müdafiəsinin təmin 
edilməməsi, məhkəmə hakimiyyətinin nüfuzuna 
mənfi təsir göstərir və hüquqi vasitələrin effektivliyinə şübhələr yaradır. Müvəqqəti təminat 
tədbiri institutu gələcək məhkəmə qərarının icrasını təmin etmək məqsədi daşıyır.