Məmmədova Xəyalə Əli qızı-AZƏRBAYCAN VƏ ALMANİYA MÜLKİ PROSESİNDƏ MÜVƏQQƏTİ TƏMİNAT TƏDBİRLƏRİNİN TƏTBİQİNİN ƏSASLARININ SÜBUT EDİLMƏSİ

Müvəqqəti təminat tədbiri institutu mülki

məhkəmə prosesində şəxslərin hüquqlarının və qanuni mənafelərinin səmərəli qorunması üçün optimal şərait yaratmağı hədəfləyir və
məhkəmənin qanuni və əsaslandırılmış qərarının
gələcəkdə icrasına təminat kimi çıxış edir.
Məhkəmə təcrübəsinin problemlərindən biri
də müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsində əsasların sübut edilməsidir.
Qeyd etmək lazımdır ki, məhkəmə tərəfindən müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün
müraciət qaydaları mülki prosessual qanunvericiliklə müəyyən edilir. Müvəqqəti təminat
tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud
vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli
dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.