Məmmədova Xəyalə Əli qızı-Azərbaycan və Almaniya mülki prosessual hüququnda müvəqqəti təminat tədbirlərinin növləri

Mülki prosessual hüquq elmi mülki işlərdə

ədalət mühakiməsinin effektivliyi üçün
müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi
məsələsinin yüksək əhəmiyyətini yekdilliklə
qəbul edir. Mülki prosessual qanunvericilikdə
tətbiq olunan müvəqqəti təminat tədbirlərinin
növlərinin genişliyi məqsədəmüvafiqdir. Almaniya mülki prosesual hüququnda effektiv müvəqqəti təminat tədbirləri tətbiq edilir. Almaniya
və Azərbaycan təcrübəsində tətbiq edilən müvəqqəti təminat tədbirlərinin müqayisəli tədqiqi
və mübahisələrin operativ həlli üçün mütərəqqi
təcrübənin öyrənilməsi zəruridir.
Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 158.1-ci maddəsində müvəqqəti
təminat tədbirlərinin növləri müəyyən edilmiş-
dir.