Korporativ idarəetmənin inkişafı nəticəsində, hüquqi şəxslərin müstəqil subyekt kimi tanınmasının əsas üç prinsipindən 
biri olan “korporasiyaların məsuliyyətinin yalnız mülkiyyətləri ilə məhdudlaşması və nümayəndələrinin məsuliyyət daşımaması” prinsipi 
müasir dövrdə tədricən sıradan çıxmışdır [18, s. 
393]. Bu proses əvvəlcə hüquqi şəxslərin nümayəndələrinin subsidiar məsuliyyətinin yaranması 
ilə başlamış, tədricən bir sıra ölkələrdə hüquqi şəxslərin inzibati məsuliyyətinin qəbul edilməsinə, daha sonra isə onların cinayət məsuliyyətinin 
subyekti olmasına qədər irəliləmişdir [33]. Onu 
da qeyd etmək lazımdır ki, cinayətin subyekti 
üçün ən sərt dövlət-hüquqi reaksiya olaraq cinayət məsuliyyətinin təsiri yalnız cinayət-hüquqi 
tədbirlərlə məhdudlaşmır; bu, mülki və inzibati 
sanksiyaların nəticələrindən qat-qat ağır olan iş-
güzar nüfuzun itirilməsi və gələcək maliyyə itkilərinə gətirib çıxara bilər [13, s. 10].