Hüquqi şəxslərə qarşı törədilən cinayətlər üzrə sübutların toplanması və
qiymətləndirilməsi bir sıra çətinliklər doğurur. Azərbaycan Respublikasının qüvvədə olan
CPM-nin 87-ci maddəsi hüquqi şəxslərin cinayət prosesində müstəqil subyekt kimi iştirakını
nəzərdə tutsa da, onların hüquq və mənafelərinin
müdafiəsi yetərincə aydın tənzimlənmir. Bu
vəziyyət hüquqi şəxslərin zərər çəkmiş şəxs
qismində prosessual iştirakçılığının səmərəliliyinə mənfi təsir göstərir.CPM-də zərər çəkmiş hüquqi şəxslərin
müdafiəsinin cinayət prosesinin məqsədlərindən
biri kimi birbaşa qeyd olunmaması əlavə
problemlər yaradır. Halbuki Məcəllənin 87-ci
maddəsinin 3-cü hissəsi mənəvi və ya maddi zərər
çəkmiş hüquqi şəxslərin zərərçəkmiş qismində
tanınmasını mümkün edir. Bununla belə, hüquqi
şəxslərə münasibətdə “mənəvi zərər” anlayışından istifadə edilməsi, onların mənəvi duyğulara
malik olmaması səbəbindən mübahisəlidir