Milli Aviasiya Akademiyasının doktorantı
Ünvan: Bakı şəhəri, Mərdəkan pr. 30, AZ1045
E-mail: [email protected]
UOT 342
KONSTİTUSİYA VƏ ONUN DƏYİŞDİRİLMƏSİ ANLAYIŞI:
HÜQUQİ VƏ SİYASİ ASPEKTLƏRİ
Konstitusiya müasir dövlətin hüquqi və siyasi sisteminin əsasını təşkil edən ali hüquqi qüvvəyə malik normativ hüquqi aktdır. O, dövlət hakimiyyətinin təşkili qaydalarını, hakimiyyət orqanları arasında səlahiyyət bölgüsünü, dövlətlə fərd arasındakı münasibətlərin hüquqi çərçivəsini, habelə insan və vətəndaş hüquq və azadlıqlarının əsas təminatlarını müəyyən edir. Bu baxımdan konstitusiya yalnız hüquqi normaların məcmusu deyil, həm də dövlətin siyasi quruluşunu, əsas dəyərlər sistemini və cəmiyyətin hüquqi inkişaf istiqamətini əks etdirən fundamental sənəd kimi çıxış edir.