Mikayıllı Yasin Rasim oğlu-İTTİHAM ELAN ETMƏK ÜÇÜN ŞÜBHƏLİ ŞƏXSİN AXTARIŞININ ELAN EDİLMƏSİ

Cinayət prosesində şübhəli şəxs anlayı-

şı, xüsusən də şəxsin hansı andan etibarən şübhəli şəxs statusu əldə etməsi kimi
məsələlərlə bağlı bizim və ayrı-ayrı ölkələrin
cinayət-prosessual hüquq elmlərində vahid mövqe yoxdur. Hüquq sistemləri, cinayət prosesinin
forması və qanunvericiliklər arasındakı fərqlər
bəzən bunu şərtləndirsə də, bir çox hallarda
həmin şərtlərin eyni olduğu bir və ya bir neçə
ölkənin (xüsusən keçmiş sovet ölkələrinin) doktrinasında şübhəli şəxs institutu mübahisəli yanaşmalardan kənarda qalmamışdır.