Mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizə hər bir cəmiyyətdə olduğu kimi, 
bizdə də hər zaman aktual olaraq qalmaqdadır. 
Müasir dövrdə bu növ cinayətlərin sürətlə yeniyeni təzahür formaları və törədilmə üsulları yaranır. Ona görə də qanunvericilik, məhkəmə 
şərhləri və izahları ya bu sürətli dəyişmələrə çevik reaksiya verməli, ya da elə səviyyədə olmalıdır ki, cinayət təqibini həyata keçirən orqanlar 
cinayət törətmiş şəxsi məsuliyyətə cəlb edərkən 
çətinliklərlə üzləşməsinlər, cinayət törətmiş 
şəxslər məsuliyyətdən kənarda qalmasın, cinayətkar qəsdə məruz qalmış şəxslərin pozulmuş 
hüquqları bərpa edilsin.