Uşaqlar yetkinlik yaşına çatmış şəxslərdən 
fiziki və psixoloji xüsusiyyətlərinə görə 
fərqli olsalar da, yalnız XIX əsrin ikinci yarısından sonra uşaqlıq dövrü müəyyən bir müddətlə 
məhdudlaşdırılmağa başlanılmış və uşaqlıq dövrü bəzi elm sahələrində fərqli kateqoriya olaraq qəbul edilmişdir. Belə vəziyyət uşaqların 
cəmiyyətdə yerinin və hüquqlarının müəyyən 
olunması, digər insanlarla münasibətləri ilə bağlı 
proyektlərinin yaranması və sınaqdan keçirilməsi 
ilə nəticələnmiş, hüquqazidd əməllərin qarşı-
sının alınması və onlarla mübarizə sahəsində 
qanunvericiliklərdə də belə əməllər törətmiş 
yetkinlik yaşına çatmış şəxslərlə uşaqların fərq ləndirilməsi, uşaqlara münasibətdə sərt cəzaların 
tətbiqindən imtina edilməsi kimi yanaşmalar 
formalaşmışdır.