İ
nzibati orqanlarla vətəndaşlar arasındakı hüquq münasibətləri müstəvisində insan hüquq və azadlıqlarının müdafiəsi məsələsi
müasir dövrdə də aktuallığını qorumaqdadır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda da qeyd olunduğu kimi, bu
Qanunun məqsədi inzibati orqanlar tərəfindən
insan hüquq və azadlıqlarına əməl olunmasını
təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin məqsədə nail olunmasının əsas aspektini məhz effektiv müdafiə
mexanizmlərinin qurulması təşkil edir ki, sözügedən Qanunun tərtibi zamanı qanunverici
orqanın bu vəzifənin öhdəsindən, fikrimizcə,
layiqincə gələrək təsbit etdiyi rəhbər müddəalar
– prinsiplər işin fundamental hissəsini təşkil edir.
İlk olaraq, bu prinsiplər vətəndaşların hüquqlarını qorumaqla, ədalətin təmin olunmasına xidmət edir, eyni zamanda, dövlət orqanlarının
qərarlarının daha açıq və anlaşıqlı olmasını təmin
edərək vətəndaşların proseslərə cəlb olunmasını
artırır.