Mirtalıbova Röya Mirtaleh qızı-İNZİBATİ ORQANLAR TƏRƏFİNDƏN İNZİBATİ İCRAATIN MÜDDƏTLƏRİNİN GECİKDİRİLMƏSİNİN HÜQUQİ PROBLEMLƏRİ VƏ HƏLLİ YOLLARI

Azərbaycan Respublikası vətəndaşlarının

inzibati-hüquqi statusu dedikdə, dövlət
idarəetmə sahəsində onların hüquq və azadlıqları, həmçinin müvafiq vəzifələrinin məcmusu
başa düşülür [7, s. 112] Bildiyimiz kimi, dövlət
idarəetməsi həm də inzibati icraatı həyata keçirən
inzibati orqanlar və vətəndaşlar arasındakı
münasibətlərlə əhatə olunur. Bu münasibətlərin
ən mühüm aspektləri qanunvericilik aktları ilə
tənzimlənir ki, bu münasibətlərin hüquqi nizamlanmasını ehtiva edən ən mühüm akt məhz “İnzibati icraat haqqında” Qanundur. Sözügedən qanunda inzibati icraatın müddətləri detallı formada müəyyən edilmişdir. Bu müddətlər ərizələrin,
vəsatətlərin qəbul olunması, ərizənin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması,
sənədlərin qeydiyyata alınması, hüquqi yardım,
inzibati aktın icrası və s. kimi məsələləri əhatə
etməklə mütərəqqi formada nizamlanmışdır.