Bütün dünyada belə qəbul edilir ki, sülh, 
həyat və əmlak təhlükəsizliyi hər bir 
cəmiyyətin tərəqqisi və inkişafı üçün əsas şərtdir. 
Bir tərəfdən idarəetmə, demokratikləşmə və davamlı inkişafdakı uğursuzluqlar, digər tərəfdən 
isə etibarsızlıq və zorakı münaqişələr arasında 
aydın əlaqə olduğuna dair alimlər arasında konsensus mövcuddur [2, s. 21].
Qərbi Afrika dünyanın ən qeyri-sabit regionlarından biridir. Son onillikdə Liberiya, Sierra Leone, Qvineya, Kot-d’İvuar, Qvineya-Bisau 
və Seneqal qaçqınların, üsyançıların və silahların məsaməli sərhədləri aşdığı bir-birinə bağlı 
münaqişələr şəbəkəsinə qarışıb.