Dövlət statistika komitəsinin məlumatına 
əsasən 2023-cü ildə Azərbaycanda nikahların sayı 2022-ci illə müqayisədə 12,5% 
azalıb, boşanmalar 35,7% artıb. Belə ki, 2023-cü 
ildə ölkədə 54 200 nikah və 21 688 boşanma 
faktı qeydə alınıb [7]. 
Boşanmaların sayında artım olması məhkəmələrin də iş yükünün artmasına gətirib çıxarır. 
Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən nikaha 
xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmələr tərəfindən həyata keçirilə 
bilər. Ər-arvadın yetkinlik yaşına çatmayan 
ümumi uşaqları olmadıqda, nikaha onların razı-
lığı əsasında müvafiq icra hakimiyyəti orqanında 
xitam verilməsi mümkündür.