Mirzəyeva Şəhla Elçin qızı-TÜRK XALQLARININ TÜRK DÜNYASI TARİXİNDƏ İQTİSADİ, MƏDƏNİ, SİYASİ İNKİŞAFA VERDİYİ TÖHFƏLƏR

Yaşadığımız dünya müxtəlif ölkələrdən,

ölkələr isə millətlərdən və xalqlardan
ibarətdir. Hər bir ölkənin öz ictimai-iqtisadi mentalitetini orada yaşayan və özünün tarixi, mədəni
və mənəvi irsi, adət və ənənələri ilə fərqlənən
xalqlar və millətlər formalaşdırır.
Türk Dünyası tarixi haqqında əsərlərdən belə nəticəyə gəlirik ki, millətlər və xalqlar müasir dövrə heç də asan yolla gəlib çıxmamışlar,
bu yolda üzləşdikləri müharibələr, münaqişələr,
çətinliklər sonsuz sayda olmuşdur və həmin çətinliklər indi də davam etməkdədir. Lakin bildiyimiz kimi, bu müharibə və münaqişələr çox zaman ədalətsiz olmuş və yerli xalqların və millətlərin qanı bahasına baş vermişdir.