Yaşamaq hüququ insan hüquqlarının müdafiəsi üzrə istənilən sistemdə ən mü-
hüm hüquqdur. Çünki ilkin halda bütün hüquqlar əsasını təbii hüquqlardan götürdüyünə görə 
konfiqurasiyanın əsası məhz yaşamaq hüququ 
hesab olunur. O, bütün digər hüquqlar üçün ilkin məntiqi şərtdir və təsadüfi deyil ki, insan 
hüquqlarının ümumi ifadəsi olan beynəlxalq 
sənədlərdə yaşamaq hüququ ən öndə gələn insan hüquqlarındandır. Məsələn, İnsan Hüquqları üzrə Universal Bəyannamənin 3-cü, Avropa 
insan hüquqları və əsas azadlıqları haqqında 
Konvensiyanın 2-ci, Mülki və siyasi hüquqlar 
haqqında Beynəlxalq Paktın 6-cı, İnsan Hüquqları üzrə Amerikaarası Konvensiyanın 4-cü, İnsan və xalqların hüquqlarına dair Afrika Xartiyasının 4-cü maddəsi yaşamaq hüququnu nəzərdə 
tutur. Belə ki, digər hüquq və azadlıqlar yaşamaq 
hüququndan sonra gəlir.