Azərbaycan Respublikası 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzvlüyə 
qəbul edilmiş və 15 aprel 2001-ci ildə İnsan 
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 4 noyabr 1950-ci il tarixli Avropa Konvensiyasını ratifikasiya etmişdir. Azərbaycan Respublikasının yurisdiksiyasında olan şəxslər 
hüquqlarının pozulduğunu hesab etdikdə Avropa Məhkəməsinə müraciət etmək imkanı 
əldə etmişlər. Lakin bu günə qədər Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – 
AİHM) qərarlarının icrası ilə bağlı xüsusi qaunvericiliyin olmaması və AİHM təcrübəsinin 
tətbiqi ilə bağlı qərarların Azərbaycanda lazımi 
səviyyədə icrası problemi aktualdır.