Biz gündəlik həyatımızda bir çox ictimai 
münasibətlərin tərəfi kimi çıxış edirik. 
Daxil olduğumuz ictimai münasibətlərdə bizim 
davranışlarımızın bəziləri din qaydaları, bəziləri 
əxlaq qaydaları, bəziləri adət-ənənələr, bəziləri 
isə hüquq qaydaları ilə tənzimlənir. İctimai 
münasibətlərin olduğu bir cəmiyyəti qaydalarsız 
təsəvvür etmək mümkün deyildir. Qaydaların olmadığı bir cəmiyyətdə birgə yaşamaq və inkişafa 
nail olmaq qeyri-mümkündür. 
Qədim dövrlərdə insanlar arasındakı münasibətlər daha çox dinə, əxlaqa və adət-ənənələrə əsaslanırdı. Münasibətlər mürəkkəbləşdikcə 
artıq onları tənzimetmənin yeni bir formasına 
ehtiyac yaranır və münasibətləri tənzimetmədə 
hüquq qaydalarının rolu daha da artırdı.