Bakı Dövlət Universitetinin Beynəlxalq ümumi hüquq kafedrasının doktorantı
E-mail: [email protected]
UOT 341.4
BÖYÜK BRİTANİYA VƏ AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDA KORRUPSİYA İLƏ MÜBARİZƏNİN
HÜQUQİ ƏSASLARI VƏ MEXANİZMLƏRİ
Korrupsiya özünün doğurduğu neqativ nəticələrinin həcminə və xarakterinə görə bu gün kriminal qloballaşmanın ən təhlükəli təzahürlərindən biri hesab olunur. O, dövlətlərin iqtisadi, siyasi və sosial sabitliyinə və maraqlarına, demokratik təsisatlara, qanunun aliliyinə, insan hü-quqlarına ciddi təhlükə yaradır. Beynəlxalq xarakterli cinayətin təhlükəli növlərindən biri ol-maqla, korrupsiya nəinki inkişaf etməkdə olan, həmçinin sənaye və maliyyə baxımından inkişaf etmiş ölkələrə də böyük zərbələr vurur, biznes və idarəetmə mühitini korlayır, insanlar arasında ciddi sosial fərqliliyə zəmin yaradır. Tədqiqatşıların dili ilə desək, bu gün korrupsiya qloballaş-ma şəraitində sürətlə böyüyərək və genişlənərək müasir sosial nizamı sarsıtmağa, onu deqradasi-yaya uğratmağa meylli olan bir sosial fenomenə çevrilib [5,s.10]. Odur ki, bu gün korrupsiya müasir qloballaşan dünyanın ciddi problemlərindən biri olmaqla istər hüquq, istər iqtisadiyyat, istərsə də siyasət elmləri baxımından elmi-nəzəri tədqiqatların xüsusi diqqət mərkəzinə çevrilib.