Mürsəlov Oruc Qinyaz oğlu

Bakı Dövlət Universitetinin Beynəlxalq ümumi hüquq kafedrasının doktorantı

Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33

E-mail: [email protected]

UOT 341.4

KORRUPSİYA: ANLAYIŞI, MAHİYYƏTİ VƏ NÖVLƏRİ

Korrupsiya müasir dövrdə kriminal qloballaşmanın təhlükəli təzahürlərindən biri olmaqla, özünün ictimai təhlükəlilik dərəcəsinə, vurduğu zərərin həcminə və xarakterinə görə təkcə dövlətlərin siyasi, sosial-iqtisadi təhlükəsizliyinə deyil, həmçinin ayrılıqda hər bir fərdin maraqlarına, həyat səviyyəsinə, qanunla qorunan digər dəyərlərinə, o cümlədən dövlətlərarası əməkdaşlığa təhlükə yaradan, ona qəsd edən sosial-hüquqi hadisədir. Korrupsiya etnik mənşəyə, irqi inanca və coğrafi yerə görə heç bir əhəmiyyət kəsb etməyən universal bir fenomendir. Tarixi sivilizasiyaların başlanğıcından tutmuş müasir demokratiyanın indiki dövrünə qədər korrupsiya ilə mübarizə cəmiyyətin və dövlətin prioritet öhdəliklərindən biri olmuş və hal-hazırda da onunla daha təkmil və səmərəli mübarizə üsullarının axtarışı davam edir.

Yüklə